Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib

OXUNUB: 143 Özəl DÜNYA
Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə Suriyanın müxtəlif bölgələrində ölənlərin sayı 2 min 530, yaralıların sayı isə 4 min 645-ə yüksəlib.

7NEWS.az xəbər verir ki, Suriyada zəlzələdən zərər çəkən İdlib, Hələb, Həma, Latakiya və Tartus əyalətlərində axtarış-xilasetmə işləri fevralın 6-dan davam edir.
SANA-nın xəbərinə görə, Hələb, Latakiya, Hama və Tartus əyalətlərində baş verən zəlzələdə 1250 nəfər həyatını itirib, 2 min 45 nəfər isə yaralanıb.

Suriyanın şimalında da bir çox bina dağıdılıb və ya zədələnib. İdlib və Fərat Qalxanı və "Zeytun budağı” əməliyyatı bölgələrində ən azı 1280 nəfər ölüb, 2600-dən çox insan yaralanıb.

7NEWS.az

RƏYLƏR