Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 783-ə çatıb

OXUNUB: 192 Özəl DÜNYA
Episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələdə Suriyanın müxtəlif bölgələrində ən azı 783 nəfər həyatını itirib, minlərlə insan isə yaralanıb.

7NEWS.az xəbər verir ki,  Hələb, Həma və Latakiya əyalətlərində 783 nəfər həyatını itirib, 1089 nəfər isə yaralanıb. Suriyanın şimalında da onlarla bina dağıdılıb və ya zədələnib.

Suriyanın şimalında müxtəlif yaşayış məntəqələrində azı 203 mülki şəxs həyatını itirib, yüzlərlə mülki şəxs isə yaralanıb. Buna əsasən, İdlibdə 100, Afrin və Hələbin şimal və qərb bölgələrində isə ən azı 103 mülki vətəndaş həyatını itirib.
Axtarış-xilasetmə işləri davam edir.

7NEWS.az

RƏYLƏR