Suriyadan Türkiyəyə keçən terrorçular təhlükəsizlik qüvvələrinə təslim olublar

OXUNUB: 552 DÜNYA

Suriyadan Türkiyəyə keçən terrorçular bu ölkənin təhlükəsizlik qüvvələrinə təslim olub.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, jandarm qüvvələri PKK-nın Suriya qolu olan PYD-nin 2 üzvünün Türkiyəyə keçmək istəməsi barədə məlumat əldə ediblər. Terrorçular Şanlıurfada, Suruç ərazisində təslim olublar.

Onlar ifadələrinin alınması üçün vilayətin jandarm komandanlığına gətiriliblər. /report

 

İcmal.Az

RƏYLƏR