Suriyanın Deyr əz-Zor əyalətindəki ABŞ bazasına raket hücumu edilib

OXUNUB: 106 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Deyr əz-Zorda İranın dəstəklədiyi əcnəbi terror qruplaşmalarının olduğu bölgələrdən ABŞ qüvvələrinin yerləşdiyi Kuniko qaz yatağına raket hücumları həyata keçirilib. Mənbələr bildiriblər ki, raketlər Deyr əz-Zorun şərqində, İranın dəstəklədiyi xarici terrorçu qrupların yerləşdiyi Bukemal şəhərindən atılıb. Suriyada fəaliyyət göstərən ABŞ və koalisiya qüvvələrinə məxsus hərbi məntəqələr vaxtaşırı İranın dəstəklədiyi xarici terrorçu qrupların yerləşdiyi bölgələrdən raket hücumları ilə hədəfə alınır.

7NEWS.az

RƏYLƏR