Süveyş kanalında qapalı qalan yük gəmisi 3,5 saatdan sonra xilas edilib

OXUNUB: 162 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Aralıq dənizini Qırmızı dənizə birləşdirən və dünya ticarətinin mühüm tranzit nöqtələrindən biri olan Misirin Süveyş kanalında 190 metr uzunluğunda Honq Konq bayrağı altında daşıyan "Xin Hai Tong 23" Yük Gəmisi saat 04 radələrində quruya oturdu. Kanalda hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb. Kanal rəhbərliyindən verilən açıqlamada gəmidə nasazlıq olduğu və sıxışan gəminin xilas edilməsi üçün bölgəyə yedək gəmilərinin göndərildiyi bildirilib. Səudiyyə Ərəbistanının Dhuba limanından yola düşdüyü bildirilən gəminin saat 07.40 radələrində aparılan işlərdən sonra yenidən suya salındığı açıqlanıb.

7NEWS.az

RƏYLƏR