Şvartsenegger tankı ilə limuzini məhv elədi – Video

OXUNUB: 929 DÜNYA

Məşhur Hollivud ulduzu Arnold Şvartsenegger və aparıcı Cey Leno M47 Patton tankının vasitəsilə limuzini məhv ediblər.

İcmal.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə görüntüləri CNBC telekanalı təqdim edib.

Şvartsenegger və Leno idarə etdikləri tankla "Kraysler” markalı limuzinin üzərindən keçərək onu tamamilə yararsız hala salıblar.

"Mən elə hiss edirəm ki, hansısa video oyundayam”, – Leno bildirib.

Qeyd edək ki, sözügedən tank elə Arnold Şvartseneggerin özünə məxsusdur.

 

RƏYLƏR