Söyüşdən yoğrulmuş(lar)a güllə kimi 7 tezis - deputatın yazısı

OXUNUB: 678 SİYASƏT
"Söyüş müxalifəti”nin söyüşdən yoğrulan nümayəndələrindən biri dünən paylaşdığı videoda bəyan edib ki, siyasətçilər, deputatlar, Prezidentin dəstəkçiləri bizdən qorxduqları üçün əleyhimizə nəsə demirlər və....xalqın təpkisindən çəkinirlər.

Həmin insanabənzər məxluqa elə buradanca ünvanlanmaq istəyirəm!

Birincisi... Sənə kim cavab vermirsə, əmin ol, qorxduğu və çəkindiyi üçün deyil, sadəcə səni adam yerinə qoymadığı üçün cavab vermir!

İkincisi... Xalqın kimin yanında olmasını sənin kimi üzdəniraqlar deyil, həmin xalqın özü müəyyən edir.

Üçüncüsü... Fransanın, Avropanın digər ölkələrinin kəşfiyyat orqanlarının köləsi olmaq, onların verdiyi dilənçi payının müqabilində vicdan daxil hər şeyi satmaq əgər sənin təbirincə kişilikdirsə, o zaman daş düşsün həmin kişiliyin də təpəsinə, kişiliyi o cür qəbul edənin də!

Dördüncüsü... Əgər maliyyə koordinatorun Qubad özünü "yandırıbsa”, cinayət başında yaxalanıbsa, səni dişsiz, atanı (partiyada) maaşsız qoyubsa, bu bizim günahımız deyil! Get, hesabı ondan soruş. Eyni zamanda bir sorğula gör, "Fətullah əmi”nin pulları hara getdi, İstanbuldan əli qandallı gətirilən gədənin yerində indi kimdir, pullar necə bölünür, harda dağıdılır...

Beşincisi... Ölkədən kənarda "şirpələng” pozası alanların ölkəyə gətirildikdən sonra necə dovşana döndüyünü çox görmüşük. Sən də gələcəksən. Darıxma. Az qalıb. Gələcəksən və heç dovşan kimi də yox, məhz sincab və kenquru kimi ortalıqda var-gəl edəcəksən!

Altıncısı... Sən və sənə bənzər hər kəs eyni genin daşıyıcılarısız. Kardaşyan irsinin davamçılarısız. Anti-Azərbaycan şəbəkəsinin ştatlı, möhürlü tulalarısız.

Nəhayət, yeddincisi... Sənə tövsiyyəm budur ki, əvvəlcə adını çəkdiyin Mirşahinin, Zahid Orucun atılan dırnağı və ya həmin dırnağın tozu olmağı bacar, sonra onlar haqda nəsə danış.

Yoxsa ağzın əyilər. Amerikadakı Sevinc bacın kimi.

Elşən Musayev,
Milli Məclisin deputatı

RƏYLƏR