Tanınmış jurnalist ailəvi qar uçqununa düşdü- FHN köməyə gəlmədi

OXUNUB: 628 GÜNDƏM HADİSƏ
Tanınmış jurnalist Bahadur Seyidov bu gün Qobustan rayonu ərazisində ailəsi ilə birlikdə qar uçqununda köməksiz vəziyyətdə qalıb. 

Bu barədə Badadur Seyidov sosial şəbədəki hesabında yazıb. Jurnalistin sözlərinə görə dəfələrlə zəng vurub kömək istəməsinə baxmayaraq,  Fövqəladə Hallar Nazirliyindən heç bir yardım gəlməyib:

"3 saat ərzində qar uçqununda qaldım. Uşaqlarım soyuqdan donub ölürdü. Təkcə Kəmaləddin Heydərovu yığmamışam. Onun da nömrəsini bilmirəm ona görə.

Fövqəladə Hallar Nazirliyindən mənə heç bir köməklik olmadı. Heç bir.
Ya zənglərə cavab vermədilər, ya da başqa başqa sözlər dedilər.

Qobustan rayonunu Fövqəladə Hallar Idarəsinin rəisi dedi ki, mənim texnikam yoxdu, ancaq piyada gələ bilərəm.
Hələ də mənə zəng edib halımla maraqlanan yoxdu idarədən.
Kənd camaatının köməkliyi ilə birtəhər xilas oldum.

Hazırda kənddəyəm.
Amma bütün ömrümü Fövqəladə Halların harınlamış məmurları ilə mübarizəyə həsr edəcəm.

Əyər Bundan sonra Qobustan rayonunda Fövqəladə Hallarda bir nəfər əməkdaş vəzifədə qalsa belə, onda mən də mən deyiləm….

Onsuz da Azərbaycan Allahın yazığı gəldiyi, rəhm etdiyi ölkədir.
Burda Sunami olmur, Tornodo baş vermir. Türkiyədə və digər soyuq ölkələrdəki kimi mütamadi qar yağmır, həftələrlə yağış yağmır. Qum fırtınası olmur. Həddindən artıq isti hava olmur. Çaylar daşımır. Yollar ilin iki-üç günü buz bağlayır, ya da yox.

Şükür ölkədə teror yox, hər dəqiqə bir ev yanmır, meşə yanğınları demək olar ki, olmur.

Fövqəladə Hallar Nazirliyinin işçiləri və digər qurumların əməkdaşları vaxtlarını adətən ofisdə tetris, PUBG oynamaqla keçirirlər.

Amma gəlir ilin bir günü yüngül qar yağır. Lap yüngül. Yəni iki traktor oyan-buyana getsə, yol açıq olar. Heç duz səpməyə də ehtiyac yoxdur.

Amma 365 günün 360-nı "PubG” oynayan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəmi bircə gün yanlarını qaldırıb yolda əlacsız qalan insanlara kömək etmək istəmirlər.

Bu gün 4 azyaşlı uşaqla birgə 3 saat ərzində yolda qaldım. Maşın sürüşüb yolun kənarına düşdü. Qar yolu tam bağladı həmin ərəfədə.

Fövqəladə Hallar Nazirliyinin bir çox əməkdaşı ilə əlaqə saxladım.

1 saatdan sonra məni dinləyən ciddiyə alan biri oldu. Dedi ki Qobustan rayonunun Fövqəladə Hallar Idarəsinin rəisi səninlə əlaqə saxlayacaq.

O rəisin mənlə əlaqə saxlaması da bir saat çəkdi. İki saat yolda qalandan sonra rəis zəng edib dedi ki, yol idarəsi mənə texnika vermir.
Mən sənin yanına ancaq piyada gələ bilərəm.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Ehtiram bəylə danışdım. Onun da mənə sözü o oldu ki, mən sənə deməmişəm ki, bu havada çölə çıx. Bayram vaxtı qanımı qaraltma. Belə havada evdən niyə çıxmısan?

Bir çox dostlar və Fövqəladə Halların əmakdaşları da məni eyni tənə ilə dedilər ki, neçə gündü xəbərdarlıq olur, niyə çıxmısan evdən?

Birincisi, hava dediyim kimi çox fövqaladə bir vəziyyətdə deyil. Normal qış fəslinə xarakterik havadır.

İkincisi, mən vətəndaşam, lap tutaq ki evdən çıxıb səhv etmişəm. Mən evdən çıxdığım üçün heç kim mənə kömək etməməlidir?

Üçüncüsü, FHN AAYDA və digər qurumların işi xəbərdarlıq etməkdən ibarətdir ancaq?

Xəbərdarlıq üçün bir qrum bəs edir də. Elə bir dənə xəbərdarlıq qurumu yaradın, azca meh əsəndə xəbərdarlıq etsinlər ki, qaxılıb oturun evinizdə.

Mən qazancımın 30 faizini ona görə vergi verirəm ki, mənim vergimlə ofisdə oturub 364 gün "PubG” oynayan işçi, 365-ci gün mənə kömək eləsin.

Əgər məni kənddə traktorçu Məhərrəm xilas edəcəksə, mən onda o vergini də Məhərrəmə verim də….”/Voicepress

RƏYLƏR