İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.
O, beyin qanamasından həyatını itirib.
Faktı APA-ya TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər dünyasını dəyişib.
Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu "Yeni klinika”da müalicə olunurdu.
Medicina.az-ın məlumatına görə, onun oğlu öütən gün açıqlama yayaraq Ə.Fəqanoğlunun vəziyyətinin ağır-stabil olaraq qaldığını demişdi.
Xatırladaq ki, Ə.Fəqanoğlu İTV-dən öncə Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışıb.