TARİXİ SOYĞUN: Hava limanından 15 milyon dollar dəyərində qızıl oğurlandı

OXUNUB: 147 Özəl DÜNYA
Kanadanın Toronto Pearson Beynəlxalq Hava Limanından 15 milyon dollar dəyərində qızılın oğurlandığı açıqlanıb. Ontario əyalətində çıxarılan qızılların daşınması üçün istifadə edilən hava limanında baş verən soyğunçuluq Kanada tarixindəki ən böyük oğurluq hadisələri arasında yerini aldı. 

7NEWS.az xəbər verir ki, Kanada rəsmilərinin açıqlamalarına görə, qızılları daşıyan təyyarə aprelin 17-də hava limanına enib. Təyyarənin içindəkilər 'təhlükəsiz yük obyektinə' daşındıqdan sonra oğurlanıb. Hadisəni araşdıran müstəntiqlər hər bir ehtimalın araşdırıldığını izah edərək, bunun qeyri-adi quldurluq olduğunu vurğulayıblar. 

Bu, Kanada tarixindəki ən böyük oğurluqlardan biri kimi tarixə düşə bilər. Sonuncu dəfə 2011 və 2012-ci illərdə bu böyüklükdə quldurluq baş verib, Kvebekdəki anbardan 18,7 milyon dollar dəyərində 3 min ton ağcaqayın siropu oğurlanıb. 

7NEWS.az

RƏYLƏR