Tayvan ABŞ-la 500 milyon dollarlıq silah tədarükünü təsdiqlədi

OXUNUB: 131 Özəl DÜNYA
Tayvan hakimiyyəti 500 milyon dollarlıq pulsuz silah tədarükü ilə bağlı ABŞ-la danışıqlar apardıqlarını təsdiqləyib.

7NEWS.az xəbər verir ki, Tayvanın müdafiə naziri Chiu Kuo-cheng, Tayvanın 4 aydır 500 milyon dollar dəyərində Amerika silahlarının tədarükü üçün ABŞ ilə danışıqlar apardığını bildirib.
Belə ki, Tayvan administrasiyası Bloomberg agentliyinin daha əvvəl dərc etdiyi xəbəri təsdiqləyib. Mənbələr agentliyə bildiriblər ki, onlar Ukraynaya hərbi yardım göstərmək üçün istifadə olunan sürətləndirilmiş prosedur çərçivəsində silahları Tayvana çatdırmağı planlaşdırıblar.

7NEWS.az

RƏYLƏR