Tayvan istehsalı olan Kamikaze PUA-ları təqdim edilib

OXUNUB: 305 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Milli Çunq-Şan Elm və Texnologiya İnstitutu (NCSIST) kürək çantasında daşına bilən və hədəfinə çatdıqda döyüş başlığını partladan pilotsuz uçuş aparatını təqdim etdi. NCSIST-in Aerokosmik Sistemlərin Tədqiqat Şöbəsinin rəhbəri Çi Li-pin, "Kamikadze PUA-ları yüngül və daşına bilən olduğundan, onlar uça bilən böyük qumbara kimi fəaliyyət göstərir" dedi. Tayvanlı hərbi ekspertlər bu yeni silahı Ukraynaya tədarük edilən ABŞ istehsalı olan AeroVironment Switchblade 300 pilotsuz uçuş aparatına bənzədiblər.

7NEWS.az

RƏYLƏR