Tayvan komandası bütün avadanlıqlarını Türkiyəyə bağışlayıb

OXUNUB: 225 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyəyə 130 nəfərlik axtarış-xilasetmə qrupu göndərən Tayvan zəlzələ bölgəsindəki işlərini tamamlayaraq ölkəsinə qayıdıb. Komanda ölkələrinə qayıdarkən özləri ilə gətirdikləri qazıntı alətləri, çadırlar, elektrik generatorları və tibbi ləvazimatlardan ibarət 4 ton avadanlıq AKUT-a bağışlayıblar. Tayvan Baş naziri Chen Chien-Jen etdiyi şərhdə, 21 sentyabr 1999-cu ildə Tayvanın Nantou şəhərində baş verən zəlzələdən sonra türk axtarış-xilasetmə qrupunun dərhal köməyə tələsdiyini vurğulayaraq, bu vəziyyətin iki ölkə arasındakı dostluğu daha da inkişaf etdirəcəyinə ümid etdiklərini söylədi. 

7NEWS.az

RƏYLƏR