Təhsil Nazirliyi 107 QHT-ni səsverməyə buraxmadı - SƏBƏB

OXUNUB: 341 GÜNDƏM HADİSƏ
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının sonuncu onlayn iclası keçirilib.

Təhsil Nazirliyindən  bildirilib ki, İctimai Şuranın üzvlüyünə seçilmək məqsədilə namizədlər tərəfindən təqdim edilmiş sənədlər Seçki Komissiyası tərəfindən qiymətləndirilib, müəyyən edilmiş qaydalara uyğun təqdim edilib və adları siyahıda göstərilən namizədlərin müraciətləri qeydə alınıb. Namizədlərin siyahısı nazirliyin saytında yerləşdirilib.

İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaq noyabrın 23-də 14:00-da, Nizami küçəsi 183 ünvanında yerləşən Azərbaycan-Fransız Universitetinin (UFAZ) akt zalında keçiriləcək. Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən olunub.

Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı barədə elana əsasən 1-28 oktyabr tarixlərində davam edən sənəd qəbulu prosesi ərzində seçici kimi qeydiyyata alınmaq üçün ümumilikdə 167 müraciət daxil olub. Müraciət edən 60 vətəndaş cəmiyyəti institutu təmsilçilərinin sənədləri müvafiq tələblərə uyğun olduğu üçün müraciətlərə müsbət rəy verilərək qeydə alınıb. 107 vətəndaş cəmiyyəti institutunin sənədlərindən imtina edilib. 
 Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

P.S. Qeyd edək ki, Təhsil Nazirliyi qanunvericiliyin tələblərinə zidd olaraq səsvermədə  iştirak etmək üçün QHT-lərdən qeydiyyat sənədlərini notarial qaydada təsdiq olunmuş formatda istəyib. Bu isə QHT-lər üçün əlavə xərcdir. 

RƏYLƏR