“Təhsil Tələbə Krediti Fondunun yaradılması tələbələrin təhsillərinin mükəlləşməsinə böyük stimul olacaq”

OXUNUB: 760 SİYASƏT
YAP İdarə Heyətinin üzvü, ADTGT sədri Asif Əsgərli: "Təhsil Tələbə Krediti Fondunun yaradılması bir daha onu göstərdi ki, Prezident tələbələrimizin də sosial müdafiəsində hər zaman maraqlıdır”
 
"Prezident İlham Əliyev tərəfindən təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı imzalanan fərman Azərbaycanda təhsil sisteminin inkişafı üçün çox tarixi əhəmiyyətli bir sənəddir. Bu, həqiqətən də, tələbə gənclərlə işləyən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının üzvlərini, ümumiyyətlə, tələbələrimzi çox sevindirən qərardır”.

7NEWS.Az  bildirir ki, bu fikri Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri, YAP İH-nin üzvü Asif Əsgərli bildirib.

Asif Əsgərli deyib ki, Azərbaycanda bu məsələ ilə bağlı uzun müddətdir müzakirələr gedirdi: "Müsair dövürdə inkişaf etmiş ölkələrdə təhsil sistemində mövcud olan təhsil tələbə kreditlərinin forması və onun Azərbaycanda tətbiq olunması ilə bağlı geniş müzakirələr aparılmşdı. Eyni zamanda gələcəyimiz olan tələbələrin yaxşı təhsil alması, ən əsası hər bir şəxs üçün təhsilin əl çatanlığının olması, əhalinin aztəminatlı olan hissəsinin kifayət qədər təhsil almalarına bərabər imkanların yaradılması istiqamətində atılan bu addım çox böyük alqışa, təşəkkürə layiqdir. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı adından cənab Prezidentə bir daha təşəkkür edirik”.

ADGT sədri qeyd edib ki, həqiqətən də, Azərbaycan Konstitusiyasında hər bir şəxsin təhsil almasında dövlətin dəstəyi ifadə olunur və bu dəstəyi hər zaman görürük: "Təhsil Tələbə Krediti Fondunun yaradılması, onun nizamnaməsinin təsdiq olunması, eyni zamanda onun məqsəd və məramının, gələcək fəaliyyətinin müəyyənləşdirlməsi bir daha onu göstərdi ki, Azərbaycan Prezidenti cəmiyyətin bütün təbəqələri kimi, tələbələrimizin də sosial müdafiəsində, onların mükəmməl təhsil almasında hər zaman maraqlıdır. Azərbaycanda istər cənab Prezidentimiz olsun, istərsə də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın hər zaman təhsilə, mədəniyyətə verdikləri böyük dəstəyi bütün insanlar kimi, tələbələrimiz də hiss etməkdədir. Bəzən əhalinin müəyyən təbəqələrinin ödənişli təhsillə bağlı problemləri yaranırdı. Bu problemlərin yaranmasında onlar bu ödənişi tapmaq və ya təhsillərini başa vura bilmələri üçün müxtəlif yollar axtarırdılar. Təbii ki, Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən özəl qurumlara və banklara müraciət etməli olurdular. Bəzən bu qaydalar sərt olurdu və bəzən də alınmırdı. Lakin Təhsil Tələbə Krediti Fondunun yaradılması bu problemləri aradan qaldıracaq. Fondun nizamnaməsində də göstərlir ki, onların müvəkkil banklarla birgə fəaliyyətini quruması və qaydalara uyğun şəkildə tələbələrin, xüsusən də dediyimiz kimi, əhalinin aztəminatlı təbəqələrinin təhsilinin əhatəli olması, bərabər imkanların yaradılması üçün atılan bu addım daha geniş imkanlara yol açacaq və gələcəkdə tələbələrin təhsillərinin mükəlləşməsinə böyük stimul olacaq”.


RƏYLƏR