Tələbə qız əfqan gəncin deportasiyasına mane oldu - VİDEO

OXUNUB: 664 DÜNYA

İsveçli fəal və Höteburq Universitetinin tələbəsi Elin Errsonəfqanıstanlı gənci deportasiyasına mane olub. 

İcmal.Az BBC telekanalına istinadla xəbər verir ki, qız həmin sərnişinin təyyarədən endirilməsinə qədər yerinə keçməyəcəyini bildirib. 

"İstəmirəm ki, reysə gecikməkdən qorxduğunuz üçün bu insanı öldürsünlər”, - Errson onun əlindən telefonunu almağa çalışan sərnişinə deyib. 

Nəticədə əfqanıstanlı gənc təyyarədən endirilib. Digər sərnişinlər qızın bu hərəkətini alqışlayıb. 

Yerli KİV-in məlumatına görə, gənc digər reyslə deportasiya ediləcək. Errsonun isə ekipajın əmrlərinə tabe olmadığı üçün problemləri ola bilər.

İcmal.Az

RƏYLƏR