Ötən gün axtarışda olan 19 nəfər saxlanılıb

OXUNUB: 552 HADİSƏ

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 136 cinayət faktı qeydə alınıb, onların da 24-ü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

 

İcmal.Az

RƏYLƏR