Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

OXUNUB: 472 HADİSƏ

Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

 

İcmal.Az

RƏYLƏR