Ötən iki gün ərzində törədilmiş 99 cinayətin üstü “isti izlər”lə açılıb

OXUNUB: 549 GÜNDƏM HADİSƏ

7NEWS.az xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 99 cinayətin üstü "isti izlər”lə açılmışdır.  

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.    

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 6 nəfər xəsarət almışdır.    

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 62, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılmışdır.

RƏYLƏR