Ötən iki gündə yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

OXUNUB: 565 HADİSƏ

 Daxili İşlər Nazirliyi fevral ayının 24-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən İcmal.Az-a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 243 cinayət faktı qeydə alınmış, onların da 41-i "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 15-nin açılması təmin olunub.

Axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

 

İcmal.Az

RƏYLƏR