Ötən il Binəqədi rayonunda törədilmiş oğurluq hadisəsinin üstü açılıb

OXUNUB: 568 HADİSƏ

Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, ötən ilin avqustunda Biləcəri qəsəbəsindəki evlərin birindən 9300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Həşimov Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Bu il yanvarın 20-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki mağazaların birindən 4220 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən, əvvəllər həmin mağazada satıcı işləmiş paytaxt sakini H.Əliyev isə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

RƏYLƏR