Tərəflər Konftansı(COP) nədir və onun hər il keçirilməsi vacibdirmi - 2-ci yazı

OXUNUB: 129 Özəl SOSİAL
         Harada yaşamağımızdan, necə qidalanmağımızdan, vəzifəmizdən, 
      tutduğumuz mövqedən asılı olmayaraq hamımız eyni havanı uduruq

   Ötən yazıda qeyd etdiyimiz kimi BMT-ni İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı 1995-ci ildən başlayaraq hər il keçirilir. Miqyasına görə BMT-nin Baş Asambleyasından sonra bu tədbir BMT-nin ən böyük tədbiridir və Tərəflərin hökumət səviyyəsində  İqlim Dəyişiklikləri ilə əlqədar ümumi strategiyasını hazırlamaq məqsədi daşıyır. Tərəflər Konfransının 198 üzvü vardır və 1994-cü il mart ayının 21-də qüvvəyə minmiş bu sənəd onu imzalamış 198 dövlətin parlamentləri tərəfindən ratifikasiya olunmuşdir.
     Bu yazıda mən sonuncu dəfə -2023-cü ildə Dubayda keçirilən COP28 və ondan əvvəl 2021 və 22-ci illərdə Şotlandiyanın Qlazqo və Misirin Şarm-əl-Şeyx şəhərlərindəində keçirilən COP26 və COP27 tədbirləri haqında məlumat vermək istəyirəm.
     Qeyd etmək lazımdır ki, 2015-ci ildə COP21-in Paris Konfransında, Paris Razılaşmasında qəbul edilmiş qərarların icrası ondan sonra keçirilən bütün Tərəflər Konfransında  əsas məsələ kimi qarşiya qoyulur və  başlıca məqsədi həmin razılaşmanın qərarların icrasına yönəldilmişdir.
    Paris razılaşmasında Əsas məqsəd  kimi Yer səthində qlobal istliyin artımını 2°C səviyyəsini keçməmək və bu artımın  1,5°C dərəcə həddində saxlanmasına nail olmaq məqsədi qarşıya qoymuşdu.
    COP24-ün 2020-ci ildə Katovitsedə, COP25-in 2021-ci ildə Qlazqoda keçirilən iclaslarında yer səthinin temperaturunu 2°C temperaturda saxlamaq və 1,5°C dərəcə həddində saxlanmasına nail olmaq barədə fəaliyyət planı işlənib hazırlanmışdı, artıq COP27-nın 2022-ci ildə Şarm-əl-Şeyxdə və COP28-in 2023-cü ildə Dubayda keçirilən Konfranslarında həmin fəliyyət planlarının necə həyata keçirilməsi, hansı tədbirlərin görülməsi nəzərdə tutulurdu. Paris razılaşmasında  qarşıya qoyulmuş hədəflərə catmaq yolunda vəziyyətin təhlili, qlobal istiləşmə ilə mübarizədə maliyyə məsələlərini həlli COP28-n gündəliyində əsas məsələ kimi qazrşıya qoyulurdu . Bu baxımdan, habelə Paris razılaşmasında qarşıya qoyulmuş qərarlarının icrası baxımından  COP28 iqlim dəyişiklikləri tarixində mühüm mərhələ kimi tarixə daxil olmuşdur.
Qeyd etmək lazımdır ki, Dubayda COP28-n keçirildiyi ərəfədə, hələ 2021-ci ildə COP26-nın Qlazqo  konfransında başlamış İqlim Dəyişiklikləri sahəsində qlobal inventarizasiyaya yekun vurulmuşdu. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Dünya Meterologiya Təşkilatı (DMT) Tərəflər Konfransının açılışı günü iqlim sahəsində məruzəsini çap edərək yaydı. Həmin təhlilə və məruzəyə əsasən Planetimizin iqlim məzərəsi son dərəcə təhlükəli olmaqla aşağıdakı kimi olmuşdur. 
      1990-cı ildən başlayaraq son otuz ildə planetimizin iqlimində daim tendensiya istiləşməyə doğru getmiş və son on il ən isti onillik kimi tarixə daxil olmuşdur. Məruzənin müəllifləri CO28-in iştirakçılarının diqqətini mövcud situasiyaya cəlb edərək vurğulayırlar ki, istixana qazlarının konsentrasiyası getdikcə artmaqda davam edir, yer və su səthində temperatur rekord səviyyəyə çatmış, Antarktidada buzlaqlarının səviyyəsi ən aşağı səviyyəyə düşmüş, dənizlərdə suların səviyyəsi nəzərəçarpacaq dərəcədə artmışdır. Qlobal iqlim dəyişiklikləri nəticəsində baş vermiş quraqlıqlar fonunda kənd təsərrüfarına ciddi ziyan dəyir ki, bu da son nəticədə ərzaq qıtlığına, xüsusilə kənd təsərrüfatı məhsllarının ciddi çatışmamazlığına səbəbə olur.  Bu da öz növbəsində bir çox ölkələrdə əhalinin bir yerdən digər yerlərə kütləvi miqrasiyasına gətirib çıxarır. 2023-cü il son 174 ilin ən isti  ili olmuşdur. 2023-cü ilin sonuna yer səthinun temperaturu təxminən 1,4°C-ə çatmışdır. COP28 iclaslarının açılışı günlərində DMT-nin Baş katibi Петтери Таалас demişdir:”Atmosverə atılan istixana qazlarının  konsentrasiyası rekord səviyyəsindədir, qlobal temperatura rekord səviyyədədir, dənizlərdə suyun səviyyəsi rekord həcmdə qaxmışdır, Antarktidada buzlaqların səviyyəsi rekord səviyyədə aşağıdır. Biz buzlaqlarımızın xilası və dənizlərdə suyun səviyyəsinin qalxması yarışında uduzuruq. Bu acı gerşəklikdir. Təbii ki, biz XX əsrin iqliminə qayıda bilməyəcəyik, ancaq biz bütün riskləri göz önünə alaraq, indi içində olduğumuz bu yüzillikdə və sonrakı yüzilliklərdə vəziyyəti düzəltmək üçün ləngimədən, bu andan hərəkətə  keçməliyik. Biz bu il qlobal iqlim dəyişiklikləri nəticəsində bütün dünyada baş verən dağıdıcı yanğınların, sunamilərin, yandırıcı istilərin, dəhşətli quraqlıqların, leysanların, dağıdıcı küləklərin şahidi oldur. Ekstremal hava şəraiti hər gün yüzminlərlə insanların həyatına, onların həyat və yaşam mənbəyinə dağıdıcı təsir  göstərir.”
COP28 –in başlanması ərəfəsində Antarktidaya səfər edən BMT-nin baş katibi Antoniyu Quttereş səfər zamanı gördüklərindən və öyrəndiklərindən dəhşətə gəlmiş və öz təəssüratılarını Dubay Konfransının iştirakçılarının diqqətinə çatdırmışdır:
      "Antarktidanı "yatmış qiqant” adlandırırlar. Ancaq indi bu qiqant dünyada baş vermiş iqlim xaosları nəticəsində oyanmaqdadır. Buz qatının qalınlığı rekord səviyyədə aşağı düşmüşdür. Müşahidə aparılan 2023-cü ilin sentyabrında Antarktidada buzlaqların sahəsi 1,5 milyon kvadrat kilometr azalmışdır. Antarktidadakı mövcud vəziyyət bütün dünyada katastrofun yaxınlaşdığını xəbər verir. Bu vəziyyət təkcə Antarktida ilə məhdudlaşmır və bütün Yer kürəsini təsir altına alır. 100 il ərzində mədən enerjilərindən istifadə və eyni zamanda  həm də səmərəsiz istifadə, torpaqlardan səmərəsiz istifadə və onları istismarı artıq qlobal istiləşməyə gətirib çıxarmışdır”. Antoniu Quttereş  Tərəflər Konfransının iştirakçılarını dəfələrlə  xəbərdarlıq etmişdir ki, əgər qəti tədbirlər görülməsə bəşəriyyət yer səthinin temperaturunun   3°C –yə qalxması ilə qarşılaşacaqdır ki, bu da Planetimizi yaşamaq üçün təhlükəli  edəcəkdir. "Bəşəriyyət cəhənnəmin qapılarını açmaqdadır. Dəhşətli istilər dəhşətli nəticələrə gətirib çıxaracaqdır”.
       Bununla belə qeyd edilir ki, alimlərin araşdırmaları və gəldiyi nəticələr belədir kİ, əgər aşağıdakı həlledici və qəti tədbirlər görülərsə yer səthinin temperaturunun artımını 1,5°C həddində saxlamaq olar:
-2020-cu illə müqayisədə 2030-cu ilədək atmosferə atılan istixana qazlarının miqdarını 45 faiz azaltmaq;
-2050-ci ilədək istixana qazlarının atmosferə atılmasını "0” səviyyəsinə endirmək;
-Bərabərhüquqluluğu və obyektivliyi gözləməklə mədən yanacağından bərpa olunan enerji növlərinə və mənbəələrinə keçid;
-İqlim şoklarına qarşı  dayanıqlılığı və adaptasiyanı təmin etmək məqsədilə investisiyaların artırılması,
      Bunlardan başqa Tərəflər inkişaf etməkdə olan ölkələrə hər il 100 milyard dollar yardım etmək məqsədilə maliyyə öhdəliyini yerinə yetirməli, həmçinin 2022-ci ildə COP27-nin iclasında razılaşdırılmış itki və ziyanlara kömək məqsədilə yaradılacaq fondun fəaliyyətini təmin etməlidirlər.
       Beləliklə İqlim Dəyişikliyi üzrə COP28-Tərəflər Konfransı 2023-cü il noyabrın 30-da Birləşmiş Ərəb Əmirlklərinin Dubay şəhərində öz işinə  başladı. Konfransda qeyd edilirdi ki, konfransın keçirildiyi 2023-cü il, 2030-cu illə müəyyən edilmiş hədəflərə qədər olan dövrün-2015-ci il Paris razılaşmasında müəyyən edilmiş tapşırıqlarının icrasının təxminən yarısına təsadüf edir. Lakin təəssüflə qeyd edildi ki, 2015-ci ilin Paris Razılaşmasında müəyyən edilmiş tapşırıq və öhdəlikləri , o cümlədən istixana qazlarırnın atmosferə atılmasının azaldılması ilə bağlı götürdükləri milli planları yerinə yetirilməmiş və qaşıya qoyduğu məqsədlərə nail ola bilməmişlər.
        Konfransa BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri  Sultan əl Cabir sədrlik edirdi. Məruzəyə başlayan sədr elə yuxarıda göstərilən səbəblərdən Konfrans iştirakşılarının diqqətinə çatdırdı ki, o öz çıxışını əsas dörd məsələ üzərində çəmləşdirəcəkdir.
-Bərpa olunan enerjiyə keçidi sürətləndirmək və 2030-cu ilə qədər istixana qazlarının atmosferə atılmasını 45 % azaltmaq;
-köhnə, əvvəllər verilmiş vədləri yerinə yetirmək və yeni müqavilələr üçün əsas yaratmaqla iqlim maliyyələşdirməsinin artırmaq;
- təbiətin, insanların və yaşayış vasitələrinin mühafizəsinə diqqət yetirmək;
-tarixdə ən inklüziv iqlim konfransının keçirilməsi üçün səylərin səfərbər edilməsi.
Tərəflər Konfransının gündəliyində müzakirə olunacaq məsələlər aşağıdakıladn ibarət idi.
-zəif inkişaf etmiş, kasıb ölkələrə iqlim dəyişiklikləri ilə əlaqədar yardımın artırılması;
-dövlətlərin daha isti iqlimə uyğunlaşması və enerji sistemlərinin karbondan daha da təmizlənməsi;
-mədən yanacağından tədricən imtina etmək üçün konsensusun əldə olunması;
-iqlim dəyişiklikləri üzrə müəyyən edilmiş məqsədlərə çatmaq üçün Paris Razılaşmasının Qlobal inventarizasiyasının nəticələrinin müzakirəsı;
-tərəflər inkişaf etməkdə olan ölkələrə İqlim dəyişikliklərinə görə dəymiş ziyanı kompensasiya etmək məqsədilə 100 milyard dollarlıq fond yaratmağı planlaşdırır.
Tərəflər, Konfrans keçirilən günlərdə Konfransın gündəliyinə uyğun olaraq tərəflərin nümayəndələri müxtəlif hesabatlarla çıxış etməklə bərabər, dayanıqlı modelə keçid üçün uzunmüddətli strategiyanı formalaşdırmaqla yanaşı, maliyyə və texniki dəstəyin konkret tədbirlərini müəyyən edən Dayanıqlı Kənd Təsərrüfat, Qida İstehsalı Sistemləri və İqlim Fəaliyyəti barədə Bəyannamə imzaladı. Konfrans həmçinin Tərəfləri narahat edən bir sıra maraqlı məsələlər,o cümlədən hərbi münaqişələrdən zərər çəkmiş bölgələrdə sağlamlıq problemlərinə və itki və zərərin ödənilməsinə , gender bərabərliyinə, enerji və sənayenin bütün sahələrində sürətli dekarbonizasiyaya ədalətli keçid, urbanizasiya, aşağı karbonlu və dayanıqlı ətraf mühitə keçid, təkrar emal və tullantıların utilizasiyası məsələlərinə, gənclərin problemlərinə - yeni nəsillərin üzləşəcəyi qeyri-mütənasib yüksək iqlim risklərinə, "yaşıl” iş yerlərinin yaradılmasına, təhsilin yaxşılaşdırılması, təbiətdən, torpaqdan istifadə və okean sağlamlığı məsələlərinə, qlobal qida sistemləri, kənd təsərrüfatı və su ehtiyatları məsələlərinə və s. mövzulara həsr olunmuşdu.
     Beləliklə 2023-cü il noyabrın 30-da öz işinə başlayanTərəflər Konfransı COP28 dekabrın 12-də fəaliyyətini başa çatdıraraq bir sıra mühüm və iddialı qərarlar qəbul etdi.
     Konfransın yekun sənədində Paris Sazişinin məqsədlərinə nail olmaq üçün əvvəlki işlərin nəticələrini təhlilinə dair  hesabatın yer alması mühüm bir hadisə idi. 
     Konfransda qəbul olunan mühüm tarixi qərarlardan biri 2050-ci ilə qədər mədən yanacaqlarının istifadəsinin mərhələli şəkildə dayandırılması da daxil olmaqla gələcək fəaliyyəti müəyyənləşdirməkdən  ibarət idi. 
      Konfransın yekun sənədində həmçinin aşağıdakı  zəruru iqlim tədbirləri öz əksini tapıb:
- bərpa olunan enerji potensialının üç dəfə artırılması;
-2030-cu ilə qədər enerji səmərəliliyinin artırılmasının qlobal orta illik sürətinin iki dəfə artırılması;
- emissiyaların azaldılması tədbirləri olmadan kömürlə işləyən elektrik enerjisi istehsalının azaldılması istiqamətində səylərin sürətləndirilməsi;
-İqlim dəyişikliyinə həssas olan, inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün nəzərdə tutulmuş itkilərin və zərərin ödənilməsi Fondu konfransın ilk günündə fəaliyyətə başladı. İnkişaf etmiş ölkələr  fonda yüz milyonlarla dollar vəsait köçürməyi vəd etdilər;
-ölkələr Yaşıl İqlim Fondunu 3,5 milyard dollar həcmində doldurmağı öhdələrinə götürdülər;
-Ən Az İnkişaf etmiş Ölkələr Fonduna və Xüsusi İqlim Dəyişikliyi Fonduna əlavə olaraq 150 milyon dollardan çox vəsaitin ödənilməsi açıqlandı;
-Dünya Bankı 2024 və 2025-ci illər üçün iqlim maliyyəsini ildə 9 milyard dollar artırmaq barədə öhdəlik götürdü;
-120-yə yaxın ölkə insanların sağlamlığını artan iqlim təsirlərindən qorumaq və tədbirləri sürətləndirmək üçün İqlim və Sağlamlıq haqqında Bəyannaməni təsdiqlədi;
-130-dan çox ölkə ərzaq təhlükəsizliyini dəstəkləmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün Kənd Təsərrüfatı, Ərzaq və İqlim Bəyannaməsini imzaladı;
-66 ölkə soyutma ilə əlaqədar emissiyaları 68% azaltmağı hədəfləyən Qlobal Soyutma Öhdəliyini təsdiqlədi.
     Beləliklə 2023-cü il dekabrın 12-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən Tərəflər Konfransı-COP28 öz işini başa vurdu. Şərqi Avropa ölkələrinin dəstəyi ilə növbəti Tərəflər Konfransı-COP29-un 2024-cü ilin noyabrin 11-dən 24-dək  Azərbaycanın paytaxtı Bakıda keçirilməsi qərara alındı.

                                                                (davamı var)
                                                                                                                           Ramiz Göyüş
                                                                                                                        Müstəqil araşdırıcı

RƏYLƏR