Terror təşkilatı PKK üzvü Kənan Ayas Almaniyada həbs edilib

OXUNUB: 135 Özəl DÜNYA
Terror təşkilatı PKK üzvü olduğu iddiası ilə axtarış qərarı çıxarılan və Kipr Rum Administrasiyası (KKİ) tərəfindən Almaniyaya ekstradisiya edilən Kənan Ayaşın həbs olunduğu bildirilib.

7NEWS.az xəbər verir ki, Federal Baş Prokurorluqdan verilən açıqlamada, Ayaşın 31 may 2022-ci il tarixində çıxarılan həbs qərarı əsasında xarici terror təşkilatı PKK-ya üzv olmaq ittihamı ilə həbs edildiyi bildirilib. Türkiyə vətəndaşı olan Kənan Ayas Larnakadan Frankfurt hava limanına gələrkən polis tərəfindən saxlanılaraq hakim qarşısına çıxarılıb və həbs qərarı oxunduqdan sonra Ayaşın həbsxanaya göndərildiyi qeyd edilib.

7NEWS.az

RƏYLƏR