“Tesla” rəsmi olaraq Türkiyə bazarına girdi

OXUNUB: 311 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ-da yerləşən elektrik avtomobil nəhəngi "Tesla” Türkiyə bazarına rəsmən daxil olub. Şirkətin Türkiyədən qabaqcadan sifarişlər almağa başladığı ilk model Almaniya fabrikində istehsal edilən Model Y oldu. 

Üç fərqli versiyada satışa çıxarılan Model Y-nin tədarüklərinin may ayında başlayacağı açıqlanıb. Öncədən sifarişlərin qəbuluna başlaması ilə təxmin edilən çatdırılma tarixlərinin maydan oktyabr ayına qədər uzadıldığı görüldü. 

Türkiyəyə çatmaq üçün sifarişlərin Berlindəki "Tesla” fabrikindən olacağı bildirilir. 

7NEWS.az

RƏYLƏR