The Times: Qərb İranı dəyişmək şansından istifadə etməlidir

OXUNUB: 500 DÜNYA

Təxminən 10 il əvvəl prezident Mahmud Əhmədinejada qarşı çıxış edən iranlı tələbələr küçələrə çıxdıqda, o, bu şəxsləri "toz və çirk” adlandıraraq, xüsusi xidmət orqanlarını onların başlarını əzməyə və liderlərini həbs etməyə göndərmişdi. İndi onun guya liberal varisi Həsən Ruhani 2009-cu ilin "yaşıl inqilabı” ilə müqayisədə daha mürəkkəb tapşırıqla üzləşib: əgər üsyanın hərəkətverici qüvvəsi tələblər deyil, fəhlələrdirsə və o, bütün ölkə üzrə yayılaraq, orta sinfin və işsiz gənclərin rəğbətini qazanırsa, onu necə yatırmalı?

Bu barədə The Times-in icmalçısı Rocer Boyzyazıb.

"Sonuncu etiraz aksiyaları göstərir ki, 2015-ci ildə Qərb Ruhaninin uzunömürlüyü və onun İranın müasirləşdirilməsi planlarına güvənərək, səhvə yol verib. Bu güman – gəlin onu Obamanın bəhsi adlandıraq – ondan ibarət idi ki, İranın nüvə proqramının qarşısının alınması regionu daha təhlükəsiz edəcək, Tehran üzərindən sanksiyaları götürməyə və Ruhaninin rəhbərliyi altında liberallaşdırmanı maliyyələşdirməyə imkan verəcək ki, bu da gələcəkdə hökumətin nüvə silahından istifadəsini ağlasığmaz edəcək”, - deyə, müəllif yazır.

Bunun əvəzinə isə vəsaitlər Əsəd rejimi, "Hizbulla” və hərbi avantürizm siyasətinin dəstəklənməsinə sərf olundu, Boyz yazır.

Məqalə müəllifi İran cəmiyyəti və siyasətində işsizliyin artması, yanacağa və qida məhsullarına dövlət subsidiyalarının ixtisarı, xaricə səfər edənlərə vergilərin tətbiq olunması kimi problemlərini qeyd edir. Onun fikrincə, bütün bunlar cəmiyyətin hər bir təbəqəsinə narazılıq üçün əsas verib.

"Bu partlayış təhlükəli vəziyyət mənə 1980-ci ilin Polşasını xatırladır. O zaman fəhlələrin narazılığına əsaslanmış "Həmrəylik” hərəkatı cəmiyyətin müxtəlif qruplarını ətrafında birləşdirmişdi”, - Boyz xatırlayır.

Bu, kommunizmin hakim ideologiya kimi məhvinin müjdəçisinə çevrildi – o, səkkiz il sonra süqut etdi.

"Ruhani və ola bilsin bütün teokratik sistemin vaxtı daha azdır”, - deyə, jurnalist güman edir.

Ya o, kommunistlərin etdikləri kimi "qaykaları sıxaraq” çıxışların yatırılması üçün tədbirlər görəcək, ya da daha mühafizəkar qüvvələr onu hakimiyyətdən kənarlaşdıracaq və nüvə proqramını bərpa edəcəklər.

"Avropalılar İrana qarşı siyasətlərini təkrar nəzərdən keçirməlidirlər, - müəllif çağırış edir. – İndiyədək Tehran nüvə sazişini imzalamış Avropa ölkələrini Tramp ilə toqquşdururdu. İndi bizə Trampın komandası ilə danışmaq və ümumi məqsədlər barədə razılığa gəlmək lazımdır: İranın regionun hərbi liderinə çevrilməsi Qərbin ümumi maraqlarına cavab verirmi? Əlavə sanksiyalar necə kömək edə bilər? Sadə iranlılara necə çıxış əldə edək və onları inandıraq ki, hökumətlərinin xaricdəki təxribatçı fəaliyyəti onların dünyadakı statusuna zərbə vurur?”.

"İranlılar qarşısında toplar və yağ arasında aydın seçim dayanır. Biz onları düzgün gələcəyə təhrik etməliyik”, - deyə, Boyz qeyd edir./oxu

İcmal.Az

RƏYLƏR