"Tofiq Yaqublu siyasi fəaliyyətinin heç bir mərhələsində ciddi adam olmayıb" - PARTİYA SƏDRİ BİLDİRDİ

OXUNUB: 726 SİYASƏT
Nigar Həzi bildirib ki, atası Tofiq Yaqublu İlham Əliyevin də Putinin yolundan getdiyini və eyni addımı onun da atacağını istisna etmədiyini qeyd edib. SİA mövzu ilə bağlı Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin fikrini alıb.
 
 
Onun sözlərinə görə, əgər Nigar Həzi düşünürsə ki, onun atası ilə kiminsə prinsipi var və ya Tofiq Yaqublunu kimsə vacib siyasi fiqur kimi qəbul edir, o zaman çox yanılır: "Ona görə ki, belə bir şey yoxdur. Ola da bilməz.Tofiq Yaqublu siyasi fəaliyyətinin heç bir mərhələsində ciddi adam olmayıb, xüsusi istedadı ilə seçilməyib və diqqət cəlb etməyib. Fəqət, etsəydi belə yenə də ona heç kim mane olmayacaqdı. Çünki Azərbaycanın siyasi mühitində, palitrasında partiyalar da, siyasətçilər də tam azad və sərbəst fəaliyyət göstərirlər. O ki qala, Nigar Həzinin Navalnıy ilə atası arasında apardığı müqayisəyə - əsas da o kontekstdə ki, guya valideyninin həyatından və səhhətindən narahatdır – bunu tam məntiqsiz, absurd və məqsədli şəkildə verilmiş açıqlama hesab edirəm.

E.Musayev bildirib ki, Navalnıy hara, Tofiq Yaqublu hara: "İkincisi, Navalnıy konkret ideologiyaya qulluq edib, Tofiq isə Əli Kərimli kimi əbləhin uydurduğu qaraguruh nağıllarına. Üçüncüsü, Tofiqkimilər Azərbaycan həbsxanalarında əməlli kef edirlər, Navalnıy isə həbsxanada hamama belə cədvəllə gedib. Dördüncüsü, Alekseyin yanında kifayət qədər insan olub, Tofiqi isə özündən və yanındakı 3-5 adamdan başqa kimsə qəbul etmir, tanımır, ciddiyə almır. Nəhayət, 5-cisi....Tofiq kimi adamlar türmədən, həbsxanadan ləzzət alırlar. Onlar üçün bu proses artıq adrenalinə çevirilib. Bilirəm, qəribə səslənir, amma görüntü belədir. Onların ətrafa, kənara yansıtdıqları, hiss etdirdikləri belədir. Qızının, ailəsinin, kürəkəninin müxtəlif səfirliklərdə çəkdirdikləri şəkillərdə verdikləri xoşbəxtlik, səadət pozalarını görəndən sonra gəldiyim nəticə belədir”.
 
 

Müəllif: Rəşid Qarayev

RƏYLƏR