Tokio məscidində iki dəfə bayram namazı qılındı

OXUNUB: 175 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yaponiyada yaşayan müsəlman icması Fitr bayramını Tokio məscidində qarşılayıb. Paytaxt və ətraflarında yaşayan müxtəlif ölkələrdən yüzlərlə müsəlman bayram namazını qılmaq üçün səhər saatlarında Tokio məscidinə axışıb. Sıx iştirak səbəbindən məscidin qarşısında insanlar növbəsi yaransa da, məscid dolu olduğu üçün bayram namazı iki dəfə qılınıb. Müsəlmanlar namazdan sonra məscidin həyətində bayram edib, Fitr bayramının sevincini birlikdə yaşayıblar.

7NEWS.az

RƏYLƏR