Bakı Kommersiya Məhkəməsində "A.Y.S-60" MMC-nin "Top Supermarket" MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.
Hakim Günay Namazovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin edilib.
Qeyd: "A.Y.S-60" MMC "Top Supermarket" MMC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.