Tovuz sakini özünü avtomobilin altına atıb

OXUNUB: 692 SOSİAL HADİSƏ

 Tovuz rayonunda yerli sakin özünü avtomobilin qabağına ataraq xəsarət alıb.

Hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində baş verib. 

Hələ ki, bilinməyən səbəbdən kənd sakini Teymur Təvəkkül oğlu Ocaqverdiyev özünü hərəkətdə olan "Opel" markalı avtomobilin qarşısına atıb. Nəticədə avtomobil onu vuraraq ağır xəsarət yetirib. 

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR