Tovuzda ağır qəza: 4-cü kurs tələbəsi öldü, yaralananlar var + FOTO

OXUNUB: 669 HADİSƏ
Məlumata görə, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibovun idarə etdiyi "VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə Tovuz rayonu Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu ölüb, həmin kənd sakini, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xantalı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Tovuzda baş verən yol qəzasında dünyasını dəyişən Toğrul Quliyevin tələbə olduğu məlum olub.

O, Sumqayıt Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş.

Faktla bağlı araşdırma aparılır/APA.
 
 

RƏYLƏR