Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsinin yeri çayxanada müəyyən edilib - FOTO (ÖZƏL)

OXUNUB: 422 GÜNDƏM HADİSƏ
Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın yerli bürosuna verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində  nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Füzuli İlyasov  ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk edərək çayxanaya getməsi aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə F. İlyasov  yaşadığı evə göndərilib. Fakla bağlı İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 
 
 

RƏYLƏR