Tovuzda istixanada zəhərlənmə: qadın fəhlə xəstəxanaya yerləşdirildi

OXUNUB: 819 HADİSƏ

Tovuz rayonunda istixanada zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Qovlar qəsəbəsindəki istixanada qeydə alınıb.

 

İstixana sahibi istiliyi təmin etmək üçün istixana çadırına tüstü doldurub. Nəticədə istixanada fəhlə işləyən, rayonun Düz Qırıqlı kənd sakini, 1955-ci il təvəllüdlü Mehtiyeva Nicayət İslam qızı tüstüdən zəhərlənib.

Qadın təcili olaraq xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır./trend

İcmal.Az

RƏYLƏR