Tovuzda kürəkən qayınatanı bıçaqladı

OXUNUB: 589 HADİSƏ

Tovuzda bıçaqlanma olub.

Rayonun Aşağı Quşçu kənd sakini, 1963-cü il təvəllüdıü Quliyev Hüseyn Qəndəhər oğlu döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. O əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

H. Quliyevin ailə münaqişəsi zəminində kürəkəni (qızının yoldaşı) tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. /apa

İcmal.Az

RƏYLƏR