Tovuzda tikintidə bədbəxt hadisə - 28 yaşlı oğlanın çənəsi sındı

OXUNUB: 470 HADİSƏ

Tovuz rayonunda tikintidə bədbəxt hadisə baş verib.

Rayonda tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Rüstəmov Qaçay Sahib oğlunun sifət nayihəsinə ağır taxta düşüb.

Hadisə nəticəsində Q. Rüstəmovun çənəsi sınıb. Yaralı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar aparılır./trend

 

İcmal.Az

RƏYLƏR