Tramp: Yaxın Şərqdəki qarışıqlıq mənə miras qalıb

OXUNUB: 645 SİYASƏT

Bu gün axşam saatlarında ABŞ prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutacaq.

İcmal.Az-ın məlumatına əsasən bu barədə ABŞ prezidenti özünün "Twitter" səhifəsində yazıb.

"Rəcəb Tayyib Ərdoğanla mənə miras qalan Yaxın Şərqdəki qarışıqlıqda sülhün bərqərar olunması ilə bağlı danışacağıq. Mən sülhə nail olacam. Lakin necə böyük bir səhv addım idi. Bu trilyonlarla dollar və çoxlu sayda insan itkisinə səbəb oldu”, - Tramp yazıb.

 

İcmal.Az

RƏYLƏR