"Trendyol" və PAŞA Holdinq Azərbaycan bazarı üçün tərəfdaşlıq müqaviləsi imzaladı

OXUNUB: 184 Özəl DÜNYA
"Trendyol" Azərbaycanın ən böyük holdinqlərindən biri olan Bakıda yerləşən PAŞA Holdinq ilə Azərbaycan bazarı üçün tərəfdaşlıq müqaviləsi imzalayıb.

7NEWS.az xəbər verir ki, Türkiyənin ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol", Azərbaycanın ən böyük holdinqlərindən biri olan Bakıda fəaliyyət göstərən PAŞA Holdinq ilə Azərbaycan bazarı üçün tərəfdaşlıq müqaviləsi imzalayıb. İki şirkət arasında rəsmi müqavilə Teknofestdə imzalanıb.

Sənaye və Texnologiya naziri Mustafa Varankın iştirakı ilə Teknofestdə keçirilən mərasimdə "Trendyol" Qrupunun prezidenti Çağlayan Çətin və Paşa Holdinqin baş direktoru Cəlal A. Qasımov tərəfindən imzalanıb. Müqavilə çərçivəsində "Trendyol" və PAŞA Holdinq Azərbaycanda birgə elektron ticarət fəaliyyəti həyata keçirəcək şirkət yaradacaq.

7NEWS.az

RƏYLƏR