"Tula xidməti təklif etmək müxalifətçilik deyil" - Deputatdan sərt sözlər!

OXUNUB: 740 SİYASƏT
"Əli Kərimlinin indi də Almaniyanı bəh-bəhlə tərifləməsi və bu dəfə onun üzərindən Azərbaycanı hədəf alması onun göstəricisidir ki, AXCP sədri yenə köhnə ampulasındadır, yenə haralardansa mədəd umur, yenə öz əxlaqsızlığı, tərbiyəsizliyi ilə ürək bulandırmağa çalışır. Almaniya belə elədi. Filankəs bunu dedi. Feşmankəs filan şey söylədi... Ay bədbəxt! Sən nə edirsən bəs? Sənin fəaliyyətin nədən ibarətdir bəs? Seçki vaxtı evdə, monitor qarşısında "lülə qurutmaqdanmı?” Ora-bura, ona-buna işverənlik etməkdənmi? Donos ötürməkdənmi? Hər cür yaramazlıqla, riyakarlıqla, xainliklə, alçaqlıqla diqqət cəlb eləməkdənmi?". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
 
 
Onun sözlərinə görə, Əli Kərimli şüurlu formada özünü axırıncı yola qoyub: "O, "axırıncı adam” olmağı, yarımçıq adam olmağı öz üzərinə götürüb".

"Rahatlaş da bir az. Anla, dərk elə. Başında durmayan papağını qoy qarşına və fikirləş. Gecindən də olsa reallığı qəbul elə: Gedib qatar! Ötüb sənin dövranın. Bu xalq, bu millət bundan sonra Əli Kərimli kimi siyasi qolçomağa, bütün mənəvi dəyərləri fransızın, almanın, erməninin hüzurunda 5 qara qəpiyə satmağa hazır olan adama, siyasətçi qiyafəli binamusa inanmayacaq, səs verməyəcək.

Sən bir hikkənin ucbatından 30 ildir sata-sata, bata-bata gedirsən. 30 ildir gözün kənarda hami axtarır, qəyyum axtarır, sahib axtarır. 30 ildir, hər ləyaqətsizliyə imza atırsan, ortalıqda məchul kimi gəzirsən, günü-gündən rəzilləşirsən, hədsizləşirsən, mürtədləşirsən. Üstəlik, bir həqiqəti hələ də o boş başına yeridə bilmirsən ki, kiməsə riyakarca, nadanca azarkeşlik eləməklə, hansısa ölkəyə tulalıq, nökərlik xidməti təklif eləməklə müxalifətçilik olmur. Şvabenin, Makronun, Paşinyanın əlinə oynamaqla müxalifətçilik olmur. Almaniya Parlamentində Azərbaycana qarşı söylənən iftiralara çəpik çalmaqla müxalifətçilik olmur",- deyə o əlavə edib.

RƏYLƏR