Tunis prezidenti 57 hakimi istefaya göndərib

OXUNUB: 475 Özəl DÜNYA
Tunis prezidenti Kays Səid "Resmi Gazete”də dərc olunan fərmanla 57 hakimi vəzifəsindən azad edib.

7NEWS.az xəbər verir ki, Tunis prezidenti Kays Səid imzaladığı fərmanla 57 hakimi korrupsiya və terrorla bağlı araşdırmalara mane olduqlarını əsas gətirərək vəzifəsindən azad edib. Səid çıxışında deyib ki, o, "məhkəmə sistemini özünü təmizləməyə xəbərdar edib”. Səidin çıxışından saatlar sonra prezident 57 hakimin işdən çıxarılması ilə bağlı qərarı Rəsmi Qəzetdə dərc edib. İşdən çıxarılanlar arasında Ali Məhkəmə Şurasının keçmiş rəhbəri Youssef Bouzaker də var.

İcmal.az

RƏYLƏR