Tunisdə miqrant qayığı batıb: 25 ÖLÜ

OXUNUB: 288 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Tunisdən İtaliyaya getmək istəyən mühacirlərin sayı günü-gündən artır. Bildirilib ki, Tunisin cənubundakı Sfaks şəhəri sahillərində daha bir miqrant qayığı batıb. Səlahiyyətlilər, 110 immiqrantla birlikdə batan qayıqdan 76 nəfərin xilas edildiyini və 25 nəfərin həyatını itirdiyini açıqlayıb. Bölgədə itkin düşən 9 nəfərin axtarış-xilasetmə işləri davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, 2022-ci ilin eyni dövründə Tunisdən İtaliyaya gələn immiqrantların sayı 1300 ikən, bu ilin eyni dövründə bu rəqəmin 12 minə yüksəldiyi bildirildi.

7NEWS.az

RƏYLƏR