Əməkdar artist Tünzalə Ağayeva müğənni Nura Surinin onunla bağlı dediklərinə münasibət bildirib.
"Dediyi sözün anlamının fərqinə varmır. Öz dediyini başa düşmür. Bu müzakirə ediləcək şeylər deyil. Sadəcə gülünəcək və üzüləcək haldır. Həmkar sayaram işində peşəkar insanı. İşində, həyat tərzində keyfiyyətli şəxsləri... Bir insanın danışdığı ilə qulağı fərqlidir. Bu insanın iç boşluğundan, narahat həyat tərzindən irəli gəlir. Dırnaq içərisində musiqiçilər, ifaçılara vaxt ayırmağı özümə yaraşdırmıram".
İcmal.Az