“Tural Sadıqlı kimi əxlaqsızlar kimlərinsə aşnası, süpürgəsi, tulasıdır!” – Elşən Musayev

OXUNUB: 893 GÜNDƏM Özəl SİYASƏT
Adlarını "Azad söz” qoysalar da söz azadlığının, fikir plüralizminin mahiyyətindən əsla və əsla xəbərdar olmayanlar, sözün də, azadlığın da fəlsəfəsini dərk etməyənlər, hər cür riyakarlığa, böhtana, binamusluğa, anti-milli fəaliyyətə imza atanlar, ölkənin ən dəyərli, ən şərəfli insanlarını hədəfə alanlar heç şübhəsiz, bir gün qanun və məhkəmə qarşısında cavab verəcəklər. Bax o zaman məlum olacaq ki, sifariş haradan gəlib və bu namərd hücumlar, həmlələr hansı pulların, paraların müqabilində olub.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Tural Sadıqlı kimi anasından, atasından xəbəri olmayan şərəfsizin, yedəyin, "peşka”nın arxasında bəlli qüvvələrin, düymə basanların olması təbii ki, kimsədə şübhə doğurmur. Üstəlik, deyilənə görə "Azad söz”ün maddi təminatı əsasən fetoçuların və ona bənzər digər yaramaz hörgüt təsisatlarının boynunda, öhdəliyindədir.  

Amma və lakin! Bəs bunların yerləşdiyi, qərarlaşdığı dövlətlərin hüquq-mühafizə orqanları hara baxırlar görəsən? Niyə öz ölkələrində belə rüsvayçılığa, hüquqi nihilizmə göz yumurlar? Təbliğ elədikləri demokratiya ənənələri, hüquq yanaşması, söz azadlığı budurmu?

Hə, orası aydındır ki, Tural Sadıqlı kimi əxlaqsızlar hansısa qüvvələrin aşnasıdır, süpürgəsidir, tulasıdır. Amma süpürgədən süpürgə, aşnadan aşna təyinatı üzrə istifadə eləsinlər də. Niyə onları jurnalist kimi təqdim edirlər? Niyə belə urvatsızlara qucaq açırlar? Niyə belə şərəfsizlərin cinayətlərini görməzdən keçirlər?

Azərbaycan dövləti Vardanyanı, Harutunyanı qulağından tutub Bakıya gətirə, istintaqa təhvil verə bilibsə demək ki, yaxınlarda sən də gələcəksən, Tural Sadıqlı! Sən də əli qandallı qayıdacaqsan və törətdiyin cinayətlərin, elədiyin qələtlərin cavabını verəcəksən. Buna əmin ol. Alçaq gədə!” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR