Türkiyə İsrailin hücumlarını pisləyib

OXUNUB: 199 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Türkiyə İordan çayının qərb sahilində İsrail qüvvələrinin və israilli mühacirlər tərəfindən artan hücumları və zorakılığı pisləyib. 

Artan bu hücum və hərəkətlərin bölgədəki gərginliyi daha da artırdığına, zorakılıq spiralını qidalandırdığına və mübarək Ramazan ayında gərginliyin azaldılması üçün beynəlxalq səylərə zərər verdiyinə diqqət çəkən bəyanatda, "Biz bir daha təkrar edirik: Bu hücumları və zorakılığın qarşısını almaq üçün İsrail hökumətini sağlam düşüncə nümayiş etdirməyə çağırırıq və sizi məsuliyyətli davranmağa dəvət edirik” bildirilib. 

7NEWS.az

RƏYLƏR