Türkiyədə azərbaycanlı İŞİD-çi yaxalandı

OXUNUB: 543 DÜNYA

Türkiyədə - Yalova Polis İdarəsinin terrorla mübarizə əməkdaşları İŞİD terrorçularına qarşı əməliyyat keçirib. 

İcmal.Az Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat zamanı 11 nəfər həbs edilib.

Onlardan doqquzu Türkiyə, biri Azərbaycan və biri Misir vətəndaşıdır. Saxlanılan şəxslər İŞİD terror təşkilatına yardım etməkdə ittiham olunur. 

Həmin şəxslərin qaldığı evə baxış zamanı İŞİD-ə aid çox sayda materiallar ələ keçirilib. 

İcmal.Az

RƏYLƏR