Türkiyədə baş verən zəlzələlərlə əlaqədar Kosovoda 1 günlük matəm elan edilib

OXUNUB: 132 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Türkiyəyə Kosovodan ciddi dəstək gəlib. Kosovo prezidenti Vjosa Osmani Kahramanmaraşda baş verən zəlzələlərdən sonra sabah milli matəm günü elan edib. Osmani sosial media hesabından verdiyi açıqlamada, "Bu cür faciələr qarşısında dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqının ağrısı bizim də ağrımızdır. Ona görə də konstitusiya səlahiyyətlərimə əsaslanaraq, çərşənbə günü, fevralın 8-i Kosovo Respublikasında milli matəm günü elan edilib”-dedi. Dünən Osmaninin göstərişi ilə Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) 30 nəfərlik əsgəri Ədəm Yaşari hava limanında Türkiyəyə doğru hərəkət edib.

7NEWS.az

RƏYLƏR