Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində uğurlarını indi dünyada hər kəs görür

OXUNUB: 493 GÜNDƏM İQTİSADİYYAT SİYASƏT
Rəcəb Tayyib Ərdoğan xalq qarşısında verdiyi bütün sözləri reallığa çevirməyi bacardı. "Togg" isə bu reallıqların təntənəli nümayişi idi.

Bunu AZƏRTAC-a açıqlamasında internet-media eksperti Səbuhi Abbasov bildirib.

Onun sözlərinə görə, 20 il öncə dünya təsəvvür edə bilməzdi ki, Türkiyə dünyanın ən qabaqcıl texnologiyası ilə təchiz edilmiş avtomobil sənayesi quracaqdır. Bu, inanılmaz hadisədir. Qardaş Türkiyənin bu uğuruna xalqımız, Prezident İlham Əliyev səssiz qala bilməzdi. Məhz ilk olaraq, Prezident İlham Əliyevin Ərdoğana təbrik zəngi buna bariz nümunədir. Eyni zamanda, "Togg"un ilk buraxılışının Bakıya gətirilməsi iki qardaş ölkənin sevincinin paylaşılması kimi dəyərləndirilməlidir. Məhz buna görə Prezident İlham Əliyev "Togg” elektromobilinin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.

Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, dünyada söz sahibi olub və güc mərkəzinə çevrilib.

S.Abbasov vurğulayıb ki, bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür.

RƏYLƏR