Türkiyənin yeni baş qərargah rəisi məlum olub

OXUNUB: 672 DÜNYA

Türkiyənin daxili siyasi həyatında mühüm rol oynayan Türkiyə Silahlı Qüvvələri (TSQ) Baş Qərargahının yeni sahibi məlum olub.

İcmal.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, gecə saatlarında yeni baş qərargah rəisi (genelkurmay başqanı) vəzifəsinə general Yaşar Güler təyin olunub.

O, yeni vəzifəsinə qədər Quru Qoşunları komandanı vəzifəsini icra edib.

Qeyd edək ki, Hulusi Akarın milli müdafiə naziri təyin edilməsi ilə baş qərargah rəisi vəzifəsi müvəqqəti olaraq boş qalmışdı.

İcmal.Az

RƏYLƏR