Twitter-də yeni CEO elan edildi

OXUNUB: 141 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Dünyanın ən populyar sosial media tətbiqlərindən biri olan Twitter-in yeni CEO-su bəlli olub. Şirkətin sahibi Elon Musk, Linda Yaccarino-nun Twitter-in yeni baş direktoru olduğunu açıqladı. Məhsul dizaynı və yeni texnologiyaya diqqət yetirəcəyini bildirən Musk, Yaccarinonun Twitter-in kommersiya fəaliyyətləri ilə maraqlanacağını bildirib. Mask Linda ilə işləməyi səbirsizliklə gözlədiyini vurğulayıb. Penn State Universitetinin Liberal İncəsənət Telekommunikasiya Sistemləri Fakültəsinin məzunu olan Linda Yaccarino Turner Entertainment və dünya şöhrətli media şirkəti NBCUniversal-da baş icraçı vəzifəsində çalışıb.

7NEWS.az

RƏYLƏR