Ukraynada 11 milyon rus kitabı təkrar emala göndərilib

OXUNUB: 271 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Ukrayna parlamentarisi Kravçuk bildirib ki, ölkədəki kitabxanalar 2022-ci ilin fevral-noyabr ayları arasında 11 milyonu rus dilində olmaqla ümumilikdə 19 milyon kitabı təkrar emala göndərib.

Sözügedən kitabların "Ukraynanın müstəqilliyini məhv etməyə yönəlmiş məzmun daşıdığını” müdafiə edən deputat deyib ki, bu kitablarda insan hüquq və azadlıqlarının pozulması, zorakılıq və terrorizm təbliğatı da var; Orada etnik, irqi və dini ədavəti qızışdıran bəyanatların yer aldığı, həmçinin Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə haqq qazandırdığı iddia edilib.

7NEWS.az

RƏYLƏR