Ukraynadan Azərbaycana 60 kq-dan artıq bal gətirilməsinin qarşısı alınıb

OXUNUB: 1023 SOSİAL HADİSƏ

Ukraynadan Azərbaycana 60 kq-dan artıq bal gətirilməsinin qarşısı alınıb.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Belqorod vilayəti üzrə İdarəsinin məlumatında qeyd olunub.

Bildirilir ki, Odessa vilayətinin sakini heç bir sənədi olmayan bal məhsulunu Rusiyaya, oradan isə Azərbaycana keçirmək istəyib. Şirin çərəz Ukrayna vətəndaşının avtomobilinin yük yerində aşkar edilib.

Baytarlıq qoşma sənədlərin olmaması ilə yanaşı, bal bankalarının üzərində hər hansı bir markalama olmayıb. Həmçinin məhsulun saxlanma və nəql edilmə şərtləri pozulub. Həmin şəxsin balı Rusiya ərazisinə keçirməsinə qadağa qoyulub və onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb./report

 

 

İcmal.Az

RƏYLƏR