Ukraynalı deputatlar yumruq davasına çıxdılar - VIDEO

OXUNUB: 631 DÜNYA

Ukraynanın Suma vilayətinin Konotop Şəhər şurasında deputat sessiyası zamanı mer tərəfdarları ilə müxalifətçilər arasında qarşıdurma yaranıb.

İcmal.Az Ukrayna mətbuatına istinadla xəbər verir ki, söz savaşından başlayan gərginlik sonradan yumruq davasına çevrilib.

"Hüquq mühafizə orqanları zəruri tədbirlər görmək məcburiyyətində qalıblar və asayişi pozan 50-yə yaxın deputatı zaldan çıxararaq polis şöbəsinə aparıblar”, - Suma vilayətinin polisindən bildiriblər.

Kütləvi dava nəticəsində 4 polis əməkdaşı xəsarət alıb.

İcmal.Az

RƏYLƏR